"Sabah"ın "Slaviya" sınaöı avstriyalılara əmanət edildi

11.10.2026 13:27 18
Avrokuboklar
Çempionlar Liqasının 2-ci turunda Bakıda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) matçının hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyunu avstriyalı hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq. Ona həmyerliləri Roland Ridel və Santino Şrayner yan xətdə kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR hakimi Alan Kiyas , VAR hakiminin köməkçisi Josef Spurni olacaq.

Qarşılaşma oktyabrın 13-də, Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.45-də start götürəcək.