''Qızıl top''un sahibi də heyran qaldı - ''Həyatımda belə atmosfer görməmişdim''

15.10.2026 10:31 36
Dünya futbolu
Adətən ''Qalatasaray''ın Çempionlar Liqasında Avropa nəhənglərinə qarşı oyunlarında ''Rams Park'' stadionundakı atmosfer ən çox müzakirə edilən mövzulardan biri olur.

Elə ''Barselona'' ilə oyun da istisna olmadı. Kataloniya nəhəngi ilk yarıda əsl cəhənnəmi yaşasa da, fasilədən sonra cəhənnəmin ''odunu söndürdü''. Bu atmosfer hətta ''Qızıl top''un sahibi və dünya çempionatının ən yaxşı futbolçusu seçilmiş Rodrini də heyrətə saldı:

''Çətin oyun oldu. ''Qalatasaray''a qarşı səfərdə oynamaq hər zaman çətindi. Stadion, fanatlar, potensiallı komanda... İlk dəqiqədən ciddi müqavimətlə üzləşdik. Hesabı açdılar və fərq arta da bilərdi. İkinci qol sayılmadığı üçün şanslıyıq. Fasilədən sonra vəziyyət dəyişdi. Həyatımda heç vaxt belə atmosfer görməmişdim. Sadəcə inanılmaz idi. Mənim kimi böyük təcrübəyə malik oyunçuları təəccübləndirmək əslində asan deyil. Ancaq bu gün hətta mən də təəccübləndim. Fanatların qulaqları batıran fit səsləri, onların komandalarını dəstəkləmək şəkli inanılmaz idi''.