“Real” rəhbərliyi İspaniya çempionatının təqvimindən narazıdı.
"Football-plus.az" xəbər verir ki, paytaxt klubu Çempionlar Liqasının oyunundan üç gün sonra La Liqada matça çıxacaqları üçün etiraz edib. La Liqa madridlilərin “Valensiya” ilə səfər matçını noyabrın 7-nə təyin edib. “Real” bundan üç gün əvvəl, yəni noyabrın 4-də Yunanıstanda AEK-lə Çempionlar Liqası oyununa çıxacaq.
“AS” nəşrinin məlumatına görə, klub bu qərarı təəccüblə qarşılayıb. Həmçinin növbəti həftə avrokubok və İspaniya Kuboku oyunları olmadığı üçün “Valensiya” ilə matçın bazar gününə keçirilməsini daha məqsədəuyğun hesab edib.
Bundan başqa, İspaniyanın çərşənbə günü Çempionlar Liqasında oynayacaq digər klublarının La Liqa matçları bazar gününə təyin edilib. Bu isə “Real” rəhbərliyinin narazılığını daha da artırıb.
“Real”ı narazı salan nədi?
Dünya futbolu



