Kriştiano Ronaldo məhsuldar çıxışını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, onun formasını geydiyi “Əl-Nəssr” Asiya Çempionlar Liqasının Qərb regionu üzrə 2-ci turunda Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Əl-Nəssr”in qollarından birini 42-ci dəqiqədə Ronaldo vurub. Portuqaliyalı hücumçu bununla da karyerasında 981-ci qolunun sevincini yaşayıb.
Ronaldo: 1000-ə 19 addım qaldı!
Dünya futbolu





