“Mançester Yunayted” Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun “Atletiko” ilə oyununa itkilərlə yollanıb.
"Football-plus.az" xəbər verir ki, komandanın iki futbolçusu İspaniyada keçiriləcək oyunda iştirak etməyəcək. Müdafiəçi Lük Şou ilə yarımmüdafiəçi Kobi Maynu səhhətlərində yaranan problemlərə görə komanda ilə birlikdə Madridə yollanmayıblar. Bu barədə baş məşqçi Maykl Karrik məlumat verib.
“Atletiko” - “Mançester Yunayted” matçı bu gün saat 23.00-da başlayacaq. Xatırladaq ki, hər iki komanda liqa mərhələsinin ilk turunda məğlub olub.
MY İspaniyaya kimləri apara bilmədi?
Dünya futbolu



