Azarkeşləri "Neftçi"ni 5 min manat ziyana saldı

13.10.2026 11:36 36
Ölkə futbolu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə meydan sahibləri 2000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda “ağ-qaralar"ın azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib. Bu oyunda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün qonaqlar 700 manat ziyana düşüb.

"İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "pələnglər" 2500 manat cərimə edilib.