Rüstəm Əhmədzadə üçün il bitdi

16.11.2024 16:23 342
Aktual / Ölkə futbolu
Yığmamızın Millətlər Liqasının 5-6-cı turları üçün açıqlanan heyətində sonradan dəyişikliklər oldu.

Fernando Santuş noyabrın 8-də 24 futbolçunun adını açıqlayarkən “Zirə”nin futbolçusu Rüstəm Əhmədzadənin də adını çəkdi, ancaq hücumçu noyabrın 10-u “Qarabağ”la görüşdə ağır zədələndi. Qarşılaşmadan dərhal sonra AFFA 23 yaşlı forvardın millidən kənarlaşdırıldığını açıqladı. Daha sonra Emin Mahmudov məşqdə zədələndiyi üçün heyətdən kənarlaşdırıldı. 7-10 günlüyə meydanlardan uzaq düşən Mahmudovun yerinə İsmayıl İbrahimli, Əhmədzadənin əvəzinə isə  “Qarabağ”ın futbolçusu Musa Qurbanlı gəldi.

Bəs hücumçu yaşıl meydana nə vaxt qayıdacaq? Son durumu öyrənmək üçün “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik:

“Futbolçumuz tibbi yoxlamadan keçdi. Yoxlamadan sonra bəlli oldu ki, Rüstəm yaşıl meydanlara qış fasiləsindən sonra qayıdacaq”.

Elmar bəy bir müddətdi ayağından zədə alan kapitan Qismət Alıyevin isə təxminən 10 gün sonra komandaya qoşulacağını bildirdi.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul