Uduzdu və karyerasını bitirdi

12.10.2026 15:27 63
İdman
Yaponiyalı tennisçi Key Nisikori Tokioda keçirilən turnirin ilk mərhələsində uduzandan sonra peşəkar karyerasını bitirib. 36 yaşlı yaponiyalı sonuncu matçında dünyanın 8-ci raketkası, amerikalı Frensis Tiafoya uduzub - 4:6, 4:6.

"Football-plus.az" xəbər verir ki, Nisikori yazda mövsüm bitəndən sonra karyerasına son qoyacağını elan etmişdi. Sonradan tennisçi xəbər verdi ki, məhz Tokioda son nöqtəni qoyacaq. Nisikori karyerası boyunca ATP səviyyəli 12 turnirin qalibi olub.

2015-ci ildə dünya reytinqində 4-cü pilləyə yüksələn yaponiyalı “Böyük dəbilqə” turnirlərinin finalına çıxan ilk asyalı olub. Key 2014-cü ildə keçirilən “US Open”in finalında xorvatiyalı Marin Çiliçə uduzub - 3:6, 3:6, 3:6. Nisikoru 2016-cı ildə Rio de Janeyroda keçirilən Olimpiadada bürünc medal qazanıb.