Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununda hakim-inspektor olacaq. Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qarşılaşma sabah “Bank Respublika Arena”da, saat 15.00-da start götürəcək.
Quliyev “Sabah” - “Slaviya” matçında hakim-inspektor olacaq
Ölkə futbolu






