''Barsa''nın baş məşqçisi ''Qalatasaray''la oyun haqda nə dedi?

11.10.2026 14:50 45
Dünya futbolu
''Barselona''nın baş məşqçisi Hans-Diter Flik qarşıdan gələn ''Qalatasaray''la oyun haqda danışıb.

Bu mövsüm keçirdiyi 9 rəsmi oyunun hamısında qələbə qazanan və bu matçlarda 39 qol vuran Kataloniya nəhəngi oktyabrın 13-də İstanbulda Türkiyə çempionunun qonağı olacaq. Almaniyalı mütəxəssis bunları deyib:

''Qarşıda bizi dünyanın ən gurultulu stadionunda oyun gözləyir. Bu atmosferə özümüzü hazırlamalıyıq. Çempionlar Liqasında hər zaman ab-hava fərqli olur. Çünki bu turnirdə hər komanda güclüdü. ''Qalatasaray'' həqiqətən də əla heyətə malikdi. Osimhen kimi mükəmməl forvardları var. Oyuna hər baxımdan hazır olmalıyıq. ''Qalatasaray''ı səfərdə məğlub etmək üçün ən yaxşı futbolumuzu sərgiləməliyik''.