Rafinyanın son vəziyyəti ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusunun növbəti iki matçı buraxacağını açıqlayıb. Alman mütəxəssis futbolçunun zədəli olmadığını, lakin ehtiyat məqsədilə ona istirahət veriləcəyini bildirib.
“Barselona” oktyabrın 10-da İspaniya çempionatında “Xetafe”, oktyabrın 13-də isə Çempionlar Liqasında “Qalatasaray”la oyunlarda Rafinyanın xidmətindən məhrum olub. Braziliyalı futbolçu cari mövsümdə La Liqada 7 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Rafinyanın son vəziyyəti necədi?
Dünya futbolu






