Ardıcıl 4-cü qələbəsini qazanan “Şahdağ Qusar”ın baş məşqçisi Fizuli Məmmədov “Futbol+”ə oyunla bağlı bunları dedi:
“Komanda olaraq, hər qarşılaşmaya çox ciddi hazırlaşırıq. Bu qələbənin əsas səbəbkarı futbolçulardı. Onlar tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər və meydanda böyük əzimkarlıq göstərdilər. Qələbə münasibəti ilə futbolçularımı təbrik edir və bu uğuru həmişə yanımızda olan azarkeşlərimizə həsr edirik".
Ardıcıl ikinci oyunda böyük hesabla uduzan “Zaqatala”nın baş məşqçisi Rakif Əliyevin izahatı:
"Ötən tur artıq 6-cı dəqiqədə komandamız azlıqda qaldı. "Karvan-Yevlax" da yaxşı, hazırlıqlı komandadı, təcrübəli futbolçulara malikdi. Həmin matçdakı 0:3 bununla bağlı idi. “Şahdağ Qusar”la oyuna gəlincə, göründü ki, rəqib bizi çox yaxşı təhlil edib, zəif cəhətlərimizdən maksimum yararlana bildi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Növbəti oyunlarımıza diqqət yetirəcəyik. Ümid edirəm ki, gələcək matçlarda belə xətalara yol verməyəcəyik. Səhvlərimizi təhlil edəcək, onları düzəldəcəyik".
İSRAYIL XEYRULLAYEV






