"Oyunçularımın bu matça motivasiyası daha yaxşı idi" - Azər Bağırov

4.09.2026 23:28 13
Ölkə futbolu / Premyer-liqa
Ölkə çempionatının 4-cü turunda "Kəpəz"in qonağı olan "Şamaxı" böyükhesablı qələbə qazandı - 4:1. "Football-plus.az" qonaqların baş məşqçisi Azər Bağırovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir:
- Möhtəşəm stadion, möhtəşəm azarkeşlər. Hər bir şey çox gözəl idi. Oyun haqda onu deyə bilərəm ki, son matçdakı qələbənin rəqibə motivasiya verəcəyini düşünürdük. Futbolçularım verilən tapşırıqları yerinə yetirə bildi. Onlara qarşıdakı matçlarda uğurlar azulayıram. Təhlil öz yerində, oyunçularımın bu matça motivasiyası daha yaxşı idi.
- "Şamaxı"nın bu mövsüm üçün hədəfi nədi?
- Demək olar ki, komandanı yenidən toplamışıq. Premyer-liqada yerimizi möhkəmlədib, Azərbaycan futboluna yeni adlar bəxş etmək istəyirik.
- Qələbədə "Kəpəz"in zəif oyunu, yoxsa sizin daha yaxşı çıxış etməyiniz böyük rol oynadı?
- Futbol elə oyundu ki, bu gün alına da bilər, alınmaya da bilər. Qolları vaxtında vura bildik və qələbə qazandıq.