Millimiz Türkiyəyə qarşı

1.09.2026 10:00 27
İdman
Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşacaq. İstanbulun “Sinan Erdem” İdman Sarayında keçiriləcək görüş saat 20.00-da başlayacaq.

Faiq Qarayevin komandası qrup mərhələsində Milli Gimnastika Arenasında 8 xal toplayıb. C qrupunu üçüncü sırada tamamlayan Azərbaycan millisi pley-offa vəsiqə əldə edib.