Millimiz İspaniyaya qarşı - AÇ

23.08.2026 11:36 6
İdman
Qadınlardan ibarət voleybol millimiz Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxır.

"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin komandası bu gün C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18.30-da başlanacaq.

Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları üz-üzə gələcəklər. Bu görüş daha əvvəl - saat 15.30-da start götürəcək.

C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turda Portuqaliyaya qalib gələn (3:1) Azərbaycan millisi 3 xalla qrup lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Xalı olmayan Portuqaliya sonuncu - altıncı sıradadı.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.