Liberknextin Mahiri görən gözü yoxdu!

16.05.2026 20:15 119
Dünya futbolu
Mahir Emreli yayda "Kayzerslautern"dən ayrıla bilər.

Bu barədə "SÜDWEST24" portalı məlumat yayıb.

Hücumçu baş məşqçi Torsten Liberknextin planlarına daxil deyil. Mütəxəssis Mahiri komandada görmək istəmir. 2-ci bundesliqa təmsilçisi yayda 28 yaşlı forvardla yollarını ayırmağı planlaşdırır.

Mahir mövsümün əvvəlində "Kayzerslautern"ə qoşulub. O, bu komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul