“Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq

7.07.2026 12:53 14
İdman
Sabah FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Sabah”ın da qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək.

Azərbaycan çempionu püşkatmada üçüncü səbətdə yer alacaq.

Çempionlar Liqasında müntəzəm mövsümə oktyabrın 6-da start veriləcək.