"Sumqayıt"ın rəqibləri bilindi

6.07.2026 19:21 25
Ölkə futbolu
"Sumqayıt"ın yay hazırlıq planı məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.

İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək "Sumqayıt" ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.

"Sumqayıt" iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.