Növbəti "D" lisenziyalı məşqçi kursları keçiriləcək

16.03.2026 17:39 11
Ölkə futbolu
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun 17-19 mart 2026-cı il tarixlərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə növbəti “D” lisenziyalı məşqçi kursları keçiriləcək.

"Footballj-plus.az" xəbər verir ki, təcrübəli təlimatçılar müraciət edənlər arasından seçilmiş 25 iştirakçıya nəzəri və praktiki dərslər keçəcək, öz biliklərini onlarla bölüşəcəklər.

Kursun sonunda təlimləri uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyaları veriləcək, tədris və təşkilati işlərdə fərqlənənlərə Bakı Futbol Federasiyasının təşəkkürnamələri təqdim olunacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul