DÇ-2026-nın Norveç - Fransa matçından sonra silahlı hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, insident nəticəsində dörd nəfər güllə yarası alıb. Massaçusets Polis Departamentinin açıqlamasında “cümə günü gecə yarısından az əvvəl atışma ilə bağlı bir neçə müraciət daxil olub. Polis əməkdaşları Meyn-strit və Park-stritin kəsişməsinə gələrkən azı 4 nəfərin güllə yarası aldığını müəyyən ediblər” bildirilir.
Yaralananların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı saxlanılanların olmadığı da bildirilib.