"Neftçi" Fransada ikinci oldu

2.09.2023 10:34 205
İdman
"Neftçi" Fransada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" finalda Niderland millisinə 16:21 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 finalda Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələyib.