Millimiz Macarıstana məğlub oldu

7.03.2026 19:54 19
Ölkə futbolu
Bu gün qadınlardan ibarət millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşıb. C Liqasının 3-cü qrupunun matçında yığmamız 0:1 hesabı ilə rəqibinə məğlub olub.

Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Xatırladaq ki, millimiz ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.