İngiltərədə hamını arxada qoydu

30.05.2025 21:55 6
Dünya futbolu
Arne Slot İngiltərə premyer-liqasında mövsümün ən yaxşı məşqçisi seçilib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un çalışdırıcısı Məşqçilər Assosiasiyası (LMA) tərəfindən təqdim edilən Ser Aleks Ferqyuson mükafatını qazanıb.

Təşkilat İngiltərənin 4 ən yaxşı liqasından, eləcə də İngiltərə milli komandalarından olan məşqçiləri təmsil edir. Qeyd edək ki, Slot komandasındakı ilk mösümündə bu mükafatı qazanan ilk mütəxəssisdi.

“Liverpul” 2024/25 mövsümündə onun rəhbərliyi altında İngiltərə çempionu olub.