Cerred Brentueyt qeyri-müəyyən müddətə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Everton”un müdafiəçisi İngiltərə premier-liqasının 33-cü turunda “Liverpul”a qarşı keçirilən oyunda (1:2) sağ dizaltı vətərindən zədə alıb. O, 87-ci dəqiqədə meydanı xərəkdə tərk edib.
Məlumata görə, 23 yaşlı futbolçunun bu il keçiriləcək dünya çempionatında iştirakı sual altına düşüb.
Brentueyt cari mövsümdə keçirdiyi 10 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.