• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” “Alyants Arena”nı yenə fəth etməyə çalışacaq

Dünya futbolu

14-04-2026, 18:0

1/4 finala yekun vurmaq üzrəyik.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah ÇL-də yarımfinalçılar bəlli olacaq. İspaniya nəhəngləri “Barselona” ilə “Real” evdəki məğlubiyyətin əvəzini çıxmağa, son qalib PSJ İngiltərə klublarına qarşı uğurlu seriyanı davam etdirməyə çalışacaq. “Sportinq” Londonda bütün Avropanı təəccübləndirməyə səy göstərəcək.

“Atletiko” XXI əsrdə evdə ÇL-in pley-offunda uduzmayıb!
“Metropolitano”da keçirdiyi son rəsmi oyunda – ölkə kuboku çərçivəsində 0:4 darmadağın olan “Barselona” bu dəfə eyni stadionda mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidi. ÇL-in pley-offu gələn kimi “Atletiko”lu futbolçular sanki “supermen”ə çevrilir. Çünki ortada olan faktlar həqiqətən də “Barsa” üçün qorxuncdu. Təkcə bir faktı vurğulayaq ki, “hindular” XXI əsrdə evdə ÇL-in pley-offunda uduzmayıblar! Bu seriya hazırda 21 oyuna bərabərdi (14 qələbə, 7 heç-heçə). Son məğlubiyyət 1997-nin martında “Ayaks”la 1/4 finalın cavab matçında qeydə alınıb (2:3). “Barsa”ya könül verənlərin yuxularının ərşə çəkilməsinə səbəb olacaq daha bir neçə fakt sadalayaq: “Atletiko” indiyə qədər avrokubokların pley-offuna 22 dəfə səfər qələbəsi ilə başlayıb və bunların hamısında mərhələni adlayıb!

Paralel olaraq “Barselona” da tarixi ərzində pley-offa ev məğlubiyyəti ilə başladığı 7 halın heç birində mərhələni adlaya bilməyib. Və nəhayət, “Atletiko” indiyə qədər avrokuboklarda öz meydanında İspaniya təmsilçilərinə qarşı keçirdiyi 10 matçın heç birində uduzmayıb (8 qələbə, 2 heç-heçə). Ümumiyyətlə, turnir ÇL adı ilə keçirildiyi vaxtdan bəri yalnız bir komanda evdə 2 top fərqilə uduzandan sonra mərhələni adlayıb. Bunu 2018/19-un 1/8 finalında PSJ ilə dueldə “Mançester Yunayted” bacarıb (evdə 0:2, səfərdə 3:1). Hərçənd həmin vaxt səfər qolu qüvvədə idi və indiki qaydalar olsaydı, “Yunayted” oyunu yalnız əlavə vaxta daşımış olacaqdı. Hər bir seriya nə vaxtsa qırılır - bu, futbolun yazılmamış qanunudu. Ona görə də “Barsa” Madrid nəhənginin seriyalarını bitirməyə çalışacaq. Amma dərd orasındadı ki, komandaya 1 yox, 2 top fərqli qələbə lazımdı...

Luis Enrikenin rəhbərliyi altında sanki qələbə maşınına çevrilən və qarşısına çıxanı əzən PSJ “Liverpul”u ikinci oyunda da yenməyə çalışacaq. Komandaların indiki durumunu və bu mövsümdəki nəticələrini tərəzinin gözlərinə qoysaq, PSJ-nin cavab oyununda da qalib gəlməsi “Liverpul”un geridönüşündən daha ağır gələr. Ancaq futbol nə tərəzini sevir, nə də onun gözlərini. Futbolda heç bir qanunauyğunluq və ya məntiq yoxdu. “Enfild”in sehrinə ümid bəsləyən “Liverpul” soyuqqanlı ola və hesabı aça bilsə, Paris nəhənginə çətin anlar yaşadacaq. PSJ ardıcıl 5-ci dəfə İngiltərə klubunu mübarizədən kənarlaşdırmağa yaxındı. Özü də son iki halda - “Arsenal” və “Çelsi” ilə duellərdə Paris nəhəngi rəqiblərini həm evdə, həm də səfərdə yenib! “Liverpul” indiyə qədər 10 dəfə avrokubokların pley-offuna 2 top fərqli məğlubiyyətlə başlayıb və bunların yalnız birində yekunda istəyinə çatıb. Yeganə uğur 1991/92-də UEFA kubokunun ikinci mərhələsində (məhz Fransa təmsilçisi) “Oser” ilə dueldə yaşanıb (səfərdə 0:2, evdə 3:0).

Yaxın keçmişdə PSJ-nin ilk oyundakı ən azı 2 topluq üstünlüyü əldən verməsi faktlarına çox rast gəlinib. Yuxarıda qeyd etdiyimiz “Yunayted” faciəsindən başqa Paris nəhəngi bu uğursuzluğu 2013/14 ÇL-in 1/4 finalında “Çelsi” (evdə 3:1, səfərdə 0:2) və 2016/17-də ÇL-in 1/8 finalında “Barselona” (evdə 4:0, səfərdə 1:6) ilə dueldə yaşayıb. Onu da bildirək ki, PSJ ÇK dönəmi də daxil olmaqla ardıcıl 3 il yarımfinala yüksələn ilk Fransa təmsilçisi kimi turnirin tarixinə düşə bilər.

“Arsenal”a daha bir zərbəni “Sportinq” endirəcək?
“Real”ın son 12 ildə “Alyants Arena” ilə bağlı xoş xatirələri var. Madrid nəhəngi bu müddət ərzində bu arenada “Bavariya”ya qarşı keçirdiyi 4 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılıb. Sözsüz, bu fakt “Real” fanatlarını cavab oyunu ərəfəsində ümidləndirməyə bilməz. Maraqlıdı ki, bu seriyaya qədər “Bavariya” evdə “Real”a göz açmağa da imkan vermirdi (10 oyun, 9 qələbə, 1 heç-heçə). Pley-offlarda İspaniya təmsilçilərinə qarşı son 8 duelin 7-dən məğlub ayrılan “Bavariya” bu statistikanı bir qədər yaxşılaşdırmağa yaxındı. “Rekordmayster”in ÇL-də evdə keçirdiyi son 28 matçın yalnız birində uduzması diqqəti çəkir (22 qələbə, 5 heç-heçə). “Bavariya” tarixi ərzində 30 dəfə avrokubokların pley-offuna səfər qələbəsi ilə başlayıb və bunların 29-da mərhələ adlayıb. Yeganə uğursuzluq 2010/11-də ÇL-in 1/8 finalında - “İnter”lə dueldə yaşanıb. Həmin vaxt Münhen nəhəngi bir il öncə ÇL-in finalında uduzduğu “İnter”i səfərdə 1:0 yensə də, evdə 2:3 uduzaraq mübarizəni dayandırmalı olmuşdu.

“Real”a gəlincə, komanda tarixi ərzində avrokubokların pley-offuna cəmi 7 dəfə ev məğlubiyyəti ilə start verib və bunların yalnız birində mərhələni adlamağı bacarıb. Yeganə zəfər uzaq 1970/71-də Kuboklar Kubokunun 2-ci mərhələsində Avstriya təmsilçisi “Vakker” ilə dueldə yaşanıb (evdə 0:1, səfərdə 2:0). “Bavariya” üstünlüyünü əldən verməsə, “Real”ın daha bir seriyası qırılacaq. Belə ki, “blankos” ÇL-in pley-offunda Almaniya təmsilçilərinə qarşı son 9 duelin hamısından qalib ayrılıb. Sonuncu uğursuzluq 2012/13-ün yarımfinalında Dortmund “Borussiya”sı ilə görüşə təsadüf edib (səfərdə 1:4, evdə 2:0).

14 qolla bombardirlər yarışına başçılıq edən Mbappe ÇL-də 98-ci oyunda 70-ci qolun astanasındadı. O, bu turnirdə Messi (90) və Levandovskidən (93) sonra 70 qol həddinə ən tez çatan 3-cü futbolçu ola bilər. Premyer-liqada evdə “Bornmut”a uduzmaqla çempionluq mübarizəsində sarsıdıcı zərbə alan “Arsenal”a daha bir zərbəni “Sportinq” endirə bilər. Son 4 rəsmi oyunun 3-də məğlub olan “topçular” mövsümün ən həlledici məqamında ciddi eniş yaşayır. Ancaq hələ də toparlanmaq mümkündü. Belə bir məqamda Artetanın məşqçilik bacarığından çox şey asılı olacaq. Çünki premyer-liqa və ÇL kimi iki ciddi turnirdə hələ də hər şey komandanın öz əlindədi. “Sportinq” sürpriz edə bilsə, birdən-birə iki seriyaya son qoymuş olacaq. Belə ki, 2005/06-da “Benfika”nın “Liverpul”u ÇL-in 1/8-də mübarizəni kənarlaşdırmasından bəri Portuqaliya təmsilçiləri İngiltərə təmsilçilərinə qarşı 10 duelin hamısından məğlub ayrılıb!

Bundan başqa, “Portu”nun 2003/04-dəki möcüzəvi zəfərindən bu yana Portuqaliya təmsilçiləri ÇL-də 9 dəfə 1/4 finalda iştirak etsələr də, bunların heç birində yarımfinala adlaya bilməyiblər. “Arsenal” hazırda evdə Portuqaliya klublarına qarşı 8 oyunluq məğlubiyyətsiz seriyaya malikdisə (6 qələbə, 2 heç-heçə), “Sportinq” İngiltərə klublarına qarşı səfərdə 10 oyunluq qələbəsiz seriyaya malikdi (5 heç-heçə, 5 məğlubiyyət). “Arsenal” tarixi ərzində avrokuboklarda pley-offa səfər qələbəsi ilə başladığı 18 halın yalnız birində mərhələni ədən veribsə, “Sportinq” pley-offa ev məğlubiyyəti ilə başladığı 14 halın yalnız 1-də mərhələni adlayan tərəf olub.

Onu da bildrək ki, “Arsenal” ardıcıl ikinci mövsüm ÇL-də yarımfinala yüksələcəyi təqdirdə tarixində bir ilkə imza atacaq.

1/4 final, cavab oyunları
14 aprel
Atletiko – Barselona

Cəzalı: Pubil/Kubarsi
Hakim: Kleman Türpen (Fransa)
İlk oyun – 2:0.

Liverpul – PSJ
Cəzalı: yoxdu
Hakim: Mauritsio Mariani (İtaliya)
İlk oyun – 0:2.

15 aprel
Bavariya – Real

Cəzalı: yoxdu/Çuameni
Hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 2:1.

Arsenal – Sportinq
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)
İlk oyun – 1:0.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

14-03-2024, 02:0

"Atletiko" son finalçını mübarizədən kənarlaşdırdı! - YENİLƏNİB

Dünya futbolu / Manşet

7-04-2026, 11:0

“Real”ın “Bavariya”ya qarşı seriyası davam edəcəkmi?

Avrokuboklar / Manşet

11-03-2026, 14:0

Sınıq-salxaq “Real” “Siti”yə müqavimət göstərə biləcəkmi?

Manşet / Çempionlar Liqası

18-04-2024, 01:0

”Bavariya” və “Real” yarımfinalda - YENİLƏNİB

Dünya futbolu / Çempionlar Liqası

1-05-2024, 23:0

“Borussiya” hesabı açdı - YENİLƏNİR

Manşet / Çempionlar Liqası

18-05-2023, 00:0

“Mançester Siti” “İnter”in rəqibi oldu - YENİLƏNİB

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə