FIFA DÇ üçün siyahını açıqladı – türklərdən kim var?

9.04.2026 23:50 34
Aktual / Dünya futbolu
Beynəlxalq Futbol Federasiyası (FIFA) bu gün DÇ-2026-nın final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Dost və qonşu Türkiyənin heç bir referisi bu siyahıya düşməyib. Sevindirici məqan Özbəkistanın hakimlər məktəbinin dünya çempionatında təmsil olunacağıdı. 42 yaşlı buxaralı referi İlgiz Tantaşev də dünya çempionatına yollanacaq. Onun briqadasına Timur Qaynullin və Andrey Sapenko da daxildi.

Turnirin oyunlarını altı konfederasiyanı və 50 FIFA üzvü assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 30 video köməkçi hakim idarə edəcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul