Tural Qurbanov AÇ matçını idarə etdi, Hollandiya qalib gəldi

31.03.2026 23:35 32
Ölkə futbolu
FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.

"Football-plus.az" xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub.

Digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.