• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kontenin “Napoli” macərası başa çatmaqdadı - A seriyasının son qalibi mövsümü boşa verir

Dünya futbolu

5-03-2026, 23:0

İtaliyada çempionluq intriqası ölür.

"Football-plus.az" xəbər verir ki, artıq üç aydı A seriyasında uduzmayan “İnter” izləyiciləri ilə xal fərqini get-gedə artırır. Fevralın 26-sı üçün bu fərq artıq 10-a bərabərdi. Kristian Kivu artıq böyük oyunlarda qalib gəlməyi də öyrənib. Yaxınlarda “Yuventus” üzərində qazanılan qələbə də bunun təsdiqidi. Prinsipcə 12 tur ərzində bu boyda üstünlüyün əldən verilməsi realdı, ancaq “neradzurra”nın özünün ciddi eniş yaşaması ilə yanaşı, izləyicilərin də müntəzəm uğur qazanması lazımdı.

Amma həmin izləyicilər qətiyyən inamlı görünmür. 2-ci yerdə qərarlaşan “Milan” hədsiz çox heç-heçə edir – bu komandanın 9 bərabərliyi var. Yalnız autsayder “Piza” ilə “Latsio”nun hesabında daha çox heç-heçə var. Massimiliano Alleqri gözləntilərin hədsiz üstünə qalxmasa da, ən azı “Milan”a dönüşünün mümkün nəticələri ilə bağlı nikbin proqnoz verənlərin ümidlərini doğruldur. Onun “Milan”ı üçün fəxri kürsüdə yer almaq yaxşı nəticə sayılacaq. Yox, komanda çempionluq ambisiyasını davam etdirmək istəyirsə, onda martın 8-də keçiriləcək Milan derbisindən qalib ayrılmalıdı.

3-cü pillədə qərarlaşan komanda ilə bağlı da maraqlı vəziyyət yaranıb. Həmin pillə fəaliyyətdə olan çempionun, hazırda “İnter”dən 14 xal geri qalan “Napoli”nindi. Luçano Spalletti ilə qazanılan son çempionluğun ardından da neapollular pərən-pərən düşmüşdü. Əlbəttə, onda vəziyyət daha çətin idi – Luçanonun ani gedişi, 10-cu yer və A seriyasının bir mövsümündə üç məşqçi qovulması...

“Napoli” həmin vaxtdan bəri ciddi şəkildə dəyişib, söhbət artıq tam başqa komandadan gedir. Sadəcə, bənzərliklər hədsiz çoxdu. Əslində Konte mayda könüllü istefaya getsəydi, heç kim təəccüblənməzdi. O, 2021-ci ildə “İnter”dən belə uzaqlaşıb. Ancaq istefasız da Antonioya xas olan klassik ssenari izləyirik.

Turnir cədvəlinin ortalarına yuvarlanan “Napoli”ni qəbul edən Konte elə ilk cəhddə bu komandanı çempionluğa daşıdı, üç fərqli komanda ilə A seriyasının qalibi olan ilk mütəxəssis kimi tarixə düşdü. Neapolluların zəif çempion olması haqda istənilən qədər danışmaq mümkündü. Ancaq istənilən şərait halında operativ şəkildə uğur qazanmaq italiyalı mütəxəssisin vizit vərəqinə çevrilib. Yalnız “Tottenhem”də belə uğur mümkün olmadı ki, bunun da səbəbləri aydındı. Konte “mahmızlar”ın ümidsiz durumda olduğunu ictimaiyyət önündə deməkdən çəkinmədi, ardından tərəfləq qarşılıqlı razılıqla müqaviləni ləğv etdi.

Bəs o, “İnter”i necə tərk etdi? Çempionluğu qazandı, ardından rəhbərliklə fikir ayrılığı yaşandı. “Çelsi”ni necə tərk etdi? Demək olar ki, eyni şəkildə - premyer-liqada 5-ci yer və Çempionlar Liqasında mübarizəni erkən dayandırmaq.

Konte və Çempionlar Liqası ifadəsinə bir cümlənin içində rast gəldizsə, qalanı təfərrüatdı. Bu mütəxəssisin daha bir standart zəifliyi Avroplanın əsas klub turnirində faciəvi nəticələrdi. Antonio ÇL-də beş fərqli komanda ilə iştirak edib, bu turnirdə 50 oyun keçirib, bunların yalnız 8-i pley-offa təsadüf edib. “Yuventus”, “İnter” və “Napoli” ilə qrupdan çıxa bilməyib. Heç şübhəsiz, Avropanın ən güclü məşqçilərindən birinin zəif tərəflərindən biri də iki cəbhədə oynamağı bacarmamaqdı. O, sadəcə, buna qadir deyil.

Kontenin İtaloyanın ən mürəkkəb və deyingən klub prezidentlərindən sayılan De Laurentislə indiyə qədər hansısa qorxunc münaqişə və qalmaqal yaşamaması da təəccüb doğuran məqamdı. Əksinə, klub yayda transferlərə 115 milyon avro xərcləyib, Kontenin bütün istəkləri yerinə yetirilib. Təbii ki, bəzi şayiələr olur, arabir mediaya kiçik fikir ayrılıqları ilə bağlı insaydlar sızır. Ancaq klub prezidenti ilə baş məşqçi arasındakı münasibətlər həmişə partlayış həddindən uzaq olub.

Futbolçularla ünsiyyət də heç vaxt Antonionun güclü tərəfi sayılmayıb. Məsələn, baş məşqçi payızda belə demişdi:

“İndi mən vahid komanda ruhu hiss etmirəm. Hər kəs yalnız öz problemlərinə köklənib. Kiməsə ürək köçürməsi edən deyilik – hər kəs özündə ruh, mənəvi güc, qəzəb və mübarizə arzusu tapmalıdı. Minimum vəzifəni yerinə yetirmək başqa məsələdi, böyük ambisiyalara malik klubun şərəfini qorumaq başqa. Hələ ki hər kəs yalnız öz qayğıları ilə yaşayır, əvvəllər də buna rast gəlmişəm. Odu ki, bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etməyə hazırlaşıram”.

Bildiyiniz kimi, Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la da qarşılaşan “Napoli” 32 komanda arasında 30-cu yeri tutmaqla pley-offa adlaya bilmədi. Son çempion A seriyasında da mövsümü boşa verməkdədi, oyunların yalnız yarısında qalib gəlib. “Napoli”ni elə mütəxəssis idarə edir ki, yetərincə açıq və sərt şəkildə həm oyunçuları, həm də ümumilikdə klub strukturunu tənqid edir. Çox güman, “Napoli” tezliklə yeni baş məşqçi axtarışına çıxmalı olacaq.

Bu, sözün hərfi mənasında Kontenin peşəkar mahiyyətinin təsviridi. Bax kimsə “Antonio Konte necə işləyir” adlı metodik vəsait və ya kitab yazmağı düşünsə, əvvəlki abzas həmin kitabın məzmununu tam şəkildə açır. Və ən maraqlısı odu ki, sonra o, yenodən “Milan”a, “Roma”ya, hansısa başqa möhkəm kluba təyinat alacaq, mütləq skudetto uğrunda mübarizə aparacaq.

Tarix necə yazılacaq – demək çətindi. İtaliya və Avropa futbolunda Konte sikli hələ bitməyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Dünya futbolu

11-01-2026, 18:0

“Milan”da yubiley sınağını verdi

Dünya futbolu

13-01-2025, 10:0

11 ildən sonra “İnter”ə qayıdır

Dünya futbolu

11-10-2025, 21:0

Həmkarlarını arxada qoydu

Dünya futbolu

14-11-2023, 15:0

Alleqri favoritin adını açıqladı

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 597
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə