“Qarabağ”ın oyunu üçün bilet qiymətində artım var?

15.02.2026 14:31 19
Ölkə futbolu / Aktual
Çempionlar Liqasının pley-off mərhələsində ilk qarşılaşmanı evdə keçirəcək “Qarabağ”ın “Nyukasl”la oyununa biletlər tükənmək üzrədi. Satışın elə ilk günündə 18750 biletin sahibini tapması çox şeydən xəbər verir.

Sosial mediada isə qiymətlərin liqa mərhələsi ilə müqayisədə qalxdığı bildirilir. Lakin “Ayntraxt” və “Nyukasl” ilə oyunların bilet qiymətlərini müqayisə etdikdə heç bir dəyişiklik görmədik, qiymət sabitdi.

Qeyd edək ki, ən ucuz bilet 10, ən baha isə 1000 manata satılıb.

Xatırladaq ki, oyun fevralın 18-i, saat 21.45-də start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul