"Qarabağ" - “Nyukasl”: azərbaycanlı azarkeşlər üçün bilet satışı başlayır

9.02.2026 13:31 52
Avrokuboklar
Bu gün “Qarabağ”ın İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxarılacaq.

"Football-plus.az" xəbər ki, tərəfdarlar saat 15.00-dan "iticket.az" saytından biletləri əldə edə bilərlər.

Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21.45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də saat 00.00-da (Bakı vaxtı ilə) İngiltərədə baş tutacaq.