• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” da qalib gəldi, “Real” da, “Atletiko” isə uduzdu - İCMAL

Dünya futbolu

13-02-2026, 23:0

İspaniya nəhənglərindən ikisi – “Real”la “Barselona” turu inamlı qələbə ilə başa vurdu, “Atletiko” isə gözlənilmədən evdə “Betis”ə uduzdu. Mövsümün əvvəlini boşa verən, ancaq son 5 oyunda 4-cü qələbəsini qazanan “Real Sosyedad” “avrokubok zonası”na bir qədər də yaxınlaşdı.

Gözlənildiyi kimi, lider “Malyorka” ilə ev oyununda 3 xal qazandı. İlk dövrədə balearlıları səfərdə darmadağın edən “Barselona” evdə də eyni hesabla qalib gəldi. Hərçənd meydan sahibləri oyuna bir qədər ləng “daxil oldu”. Bəlkə də kataloniyalılar “Atletiko” ilə vacib kubok oyunu ərəfəsində gücünü qoruyurdu. Fasiləyə qədər yalnız tez-tez rəqib qapısına zərbə vuran Reşford seçilirdi. Yarım saatın tamamında onun uzaqdan zərbəsindən sonra top Levandovskiyə sıçradı və polşalı ulduz yaxın məsafədən qol vurmaqda çətinlik çəkmədi.

“Malyrorka” fasiləyə qədər bir neçə təhlükəli hücum qursa da, imkanlardan yararlana bilmədi. 2-ci hissə artıq Flikin komandasının tam üstünlüyü şəraitində keçdi. Meydan sahibləri 2-ci qolu mümkün qədər tez vurmaq istəyirdilər. Buna növbəti künc zərbəsindən sonra nail oldular – Yamal cərimə meydançası xaricindən dəqiq zərbə vurdu. Bundan sonra oyunun taleyi bəlli oldu. 83-cü dəqiqədə fərq darmadağın həddinə çatdı – sonradan meydana çıxan Bernal fərdi keçidini qolla tamamladı. Bütün turnirlərdə ardıcıl 6-cı qələbəsini qazanan “Barselona” bu dəfə də liderliyi “Real”a təhvil vermədi.

“Real” da hesabat turundan 3 xalla ayrıldı. “Ağ şimşəklər” “Valensiya” ilə səfər oyununun ilk yarısında böyük ərazi üstünlüyünə malik olsa da, Dimitrievskinin qapısı önündə qol vəziyyəti yarada bilmədi. Üç mərkəz müdafiəçi ilə oynayan “yarasalar” güclü rəqibin önünü yaxşı kəsmişdi, Gülər – Mbappe tandemi arzuladığı kimi oynaya bilmirdi. Vinisius, Rodriqo və Bellingemin yoxluğunda çempionatın bombardirinə kim ötürmə verəcəkdi ki?! İlk yarıdan sonrakı hesab “Valensiya”ya tam sərf edirdi. Fasilədən sonra da “Real” bir müddət sönük təsir bağışladı. Sadəcə, madridlilərin köməyinə fərdi keçidini qolla tamamlayan Karreras çatdı. Az sonra topu dirəyə vuran Beltran “Real”ı bağışladı. Sona yaxın Mbappe özünü göstərdi. Fransalı ulduz ilk təhlükəli vəziyyətdə topu qapının yanından vurdusa, uzatma dəqiqələri başalayarkən Diasın ötürməsindən yararlanmaya bilməzdi. “Real” Arbelonanın rəhbərliyi altında çempionatda qələbələri sıralamaqdadı. “Valensiya” isə 17-ci pilləyə endi.

Çox maraqlıdı, fevralın 5-də səfərdə kubok oyununda “Betis”i darmadağın edən “Atletiko” üç gün sonra evdə bu komandaya uduzdu. Antonionun 28-ci dəqiqədə vurduğu qolun əvəzini “hindular” sona qədər çıxa bilmədi. Dieqo Simeone ilk yarıdan sonra birdən-birə üç oyunçunu dəyişməklə oyunun axarına müdaxilə etməyə çalışsa da, heç nə alınmadı.

“Real Sosyedad” yeni baş məşqçinin – Pelleqrino Mataratsanonun rəhbərliyi altında məğlubiyyətin nə olduğunu bilmir. Basklar son 6 çempionat oyununda 4-cü qələbəni autsayderlərdən “Elçe” üzərində qazandı. Meydan sahibləri hissənin ortalarında hesabı açdı. 24-cü dəqiqədə fərqlənən Suçiç bir qədər sonra zədə üzündən meydanı tərk etməli oldu. Fasiləyə az qalmış Oyarsabal fərqi artırdı. Ancaq “Elçe” bu qolun əvəzini dərhal çıxdı. 2-ci hissənin əvvəli qarşılıqlı hücumlar şəraitində keçsə də, tədricən temp aşağı düşdü, baxımlı oyun da yoxa çıxdı. Artıq hər səhvin dəyəri böyük idi. Bir neçə gün əvvəl çətin kubok oyunu keçirən “Elçe”nin oyunçularında yorğunluq hiss olunurdu. 82-ci dəqiqədə meydana çıxan Oskarsson 89-cu dəqiqədə fərqi artırınca oyunun taleyi ilə bağlı şübhə qalmadı.
Turun qalan oyunlarına gəlincə, “Atletik” 6 qolun vurulduğu oyunda “Levante”ni məğlub etdi, “Sevilya” ilə “Jirona” “sülh”ə razılaşdı. “Xetafe” səfərdə “Alaves”ə, “Osasuna” “Selta”ya qalib gəldi.

23-cü tur
Barselona – Malyorka 3:0

Levandovski, 29. Yamal, 61. Bernal, 83. (44301)
Barselona: X.Qarsiya, Kunde, Kubarsi, E.Qarsiya, Balde, Kasado, Lopes (Markes, 84), Yamal (Bardaqji, 78), Olmo (Bernal, 67), Reşford (Torres, 67), Levandovski (Kanselo, 78).

Valensiya – Real 0:2
Karreras, 65. Mbappe, 90+1. (47515)
Real: Kurtua, Karreras, Höysen, Asensio, Ximenes (Aleksander-Arnold, 76), Çuameni, Kamavinqa, Valverde (Sestero, 90+2), Gülər (Mastantuono, 82), Q.Qarsiya (Dias, 76), Mbappe.

Atletiko – Betis 0:1
Antoni, 28. (65210)
Atletiko: Oblak, Lyorente, Ximenes, Hantso, Ruceri (Le Norman, 46), Mendosa (Qrizmann, 55), Koke, Simeone, Almada (Baena, 46), Lukman (Varqas, 70), Alvares (Sörlot, 46).

Real Sosyedad – Elçe 3:1
Suçiç, 24. Oyarsabal, 37. Oskasson, 89 – A.Silva, 42. (30187)

Atletik – Levante 4:2
Quruseta, 29; 34. Serrano, 86. Navarro, 90+9 – Elqesabal, 81. Olasaqasti, 90+4. (46487)

Sevilya – Jirona 1:1
Salas, 90+2 – Lemar, 2. (30384)

Selta – Osasuna 1:2
İqlesias, 53-p. – Budimir, 35. De Aro, 79. (18705)

Alaves – Xetafe 0:2
Vaskes, 53. İqlesias, 71-p. (15960)

Vilyarreal – Espanyol 4:1
Mikautadze, 35. Salinas, 41-öz qapısına. Pepe, 50. Malyero, 55 – Kabrera, 88. (16825)

“Rayo Valyekano” – “Ovyedo” oyunu hava şəraitinə görə təxirə salınıb.

1. Barselona 23 19 1 3 63-23 58
2. Real 23 18 3 2 49-18 57
3. Atletiko 23 13 6 4 38-18 45
4. Vilyarreal 22 14 3 5 43-24 45
5. Betis 23 10 8 5 37-28 38
6. Espanyol 23 10 4 9 27-31 34
7. Selta 23 8 9 6 30-25 33
8. Real Sosyedad 23 8 7 8 33-31 31
9. Osasuna 23 8 5 10 28-28 29
10. Atletik 23 8 4 11 25-33 28
11. Xetafe 23 7 5 11 18-27 26
12. Jirona 23 6 8 9 22-37 26
13. Sevilya 23 7 4 12 30-38 25
14. Alaves 23 7 4 12 20-29 25
15. Malyorka 23 6 6 11 28-37 24
16. Elçe 23 5 9 9 31-35 24
17. Valensiya 23 5 8 10 23-37 23
18. Rayo Valyekano 22 5 7 10 18-30 22
19. Levante 22 4 6 12 26-38 18
20. Ovyedo 22 3 7 12 12-34 16

Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 15, Torres (Barselona) – 12, Budimir (Osasuna) – 11.

Turun rəqəmi
10 – cari mövsümdə 10-cu qolunu vuran Levandovski Kriştiano Ronaldo ilə Messiyə məxsus olan unikal rekordu təkrarladı. 37 yaşlı polşalı “böyük beşlik” ölkələrində ardıcıl 15 mövsümdə ikirəqəmli qol həddinə çatan 3-cü oyunçudu. Ona qədər yalnız Ronaldo (16) ilə Messi (15) bunu bacarmışdı.

Turun ulduzu
Markus Reşford (Barselona) – ilk yarıda komandanın ən yaxşısı idi, məhz onun zərbəsi 1-ci qolun vurulmasına gətirib çıxardı. Elə əvəzlənmək ərəfəsində 2-ci qolda da iştirak etdi.

Turun sitatı
Koke, “Atletiko”nun yarımmüdafiəçisi:

“Təktoxunuşlu ötürmələrlə oynaya bilmədik, meydan buna imkan vermədi. Düzünü desəm, o pis vəziyyətdədi: sürüşürük, ot hündürdü... “Atletiko” kimi komandaya oynamaq üçün daha yaxşı meydan lazımdı. Bizdən yüksək səviyyə tələb olunur, bunun üçün bizə müvafiq, yüksək səviyyəli qazon lazımdı”.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bernalın “Barselona”da ilk qolunu vurması möhtəşəm hadisədi. Ağır zərədən qayıdıb. İlk yarıda hədsiz ləng oynadıq, bu bizim futbol deyildi. İkinci hissə daha yaxşı alındı. 3 xal qazandıq, 3 qol vurduq, qol buraxmadıq – çox yaxşı gündü. Fasilədə oyunçuların meydanda yerləşməsi ilə bağlı bəzi dəyişikliklər etmək lazım gəldi”.

Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:
“Hara gəldiyimizi bilirdik. Səhv etmirəmsə, burda son 11 ildə yalnız üç qələbəmiz olub. “Mestalya”da dəfələrlə oynamışam, bu stadionda oynamağın necə çətin olduğunu bilirəm. Fanatlar və yerli komanda üçün “Real”la oyun vacibdi. Üstəlik rəqib bizə qarşı 5 müdafiəçi oynadırdı, belədə təmkinli olmalı, inadla çalışmalıydıq. Qələbəni fədakarlıq, çox ciddi oynamaq təmin etdi. Bu qələbəyə layiqik”.

Fakt
* “Barselona” La Liqada mövsümün əvvəlindən bəri evdə 11 qələbə qazanıb. Bu, son 44 ildə (1981/82-dən bəri) ilk dəfə mümkün olub. Ümumiyyətlə, Avropanın aparıcı 8 liqasında (“böyük beşlik” + Portuqaliya, Niderland, Belçika) evdə 1 xal da itirməyən yeganə komanda “Barsa”dı.
* Heç kim rəqib futbolçuları Yamal qədər aldatmır. “Barsa”nın vingeri “Malyorka” ilə oyunda uğurlu driblinq sayını 100-ə çatdırdı. O, “böyük beşlik” ölkələrində bu göstəricidə birincidi. 2-ci pillədə 62 uğurlu driblinqi olan Dokyu (Mançester Siti) qərarlaşıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

1-02-2026, 15:0

Nəhənglər qələbə qazandı, “Espanyol”la “Betis” büdrədi

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

8-02-2025, 22:0

“Real” sürprizlə üzləşdi, “Barsa” və “Atletiko” qələbə qazandı - İCMAL

Dünya futbolu

26-10-2024, 13:0

“Barsa” darmadağın etdi, “Atletiko” rahat, “Real” çətin qələbə qazandı - ŞƏRH

Dünya futbolu

21-12-2024, 15:0

“Barsa”nın liderliyi şərti xarakter daşıyır - İCMAL

Aktual
“Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər” – Vaqif Cavadov təəccüblənib
Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
Müəmmalı “Araz-Naxçıvan”: oynamaq istəyənlərin və istəməyənlərin siyahısı!
“Neftçi”nin avrokubok şansları böyükdü” - Fərid Namazov
Zaur Axundov “Bəhramov”da – ev dustağı olduğu deyilirdi
Tovuzlular bakılıları susdura biləcək? – mindən çox qonaq azarkeş gəlir
Son xəbərlər
  • Bu gün, 18:38
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 18:28
    ''Samsunspor''un prezidenti ağzını açıb gözünü yumdu - ''Fənər''lilər məndən üzr istəsin''
  • Bu gün, 17:57
    “Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər” – Vaqif Cavadov təəccüblənib
  • Bu gün, 17:26
    "Zirə" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 16:55
    Polina Rəhimova Yunanıstan kubokunu qazandı
  • Bu gün, 16:24
    Kassano İtaliya futbolunu saf-çürük etdi - “Yuventus”un əxlaq haqqında danışması, sadəcə, qəbuledilməzdi”
  • Bu gün, 15:53
    Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
  • Bu gün, 15:22
    Mourinyo ''Portu'' ilə oyunda qırmızı vərəqə aldı - ''mənə 50 dəfə ''satqın'' dedi''
  • Bu gün, 14:51
    Müəmmalı “Araz-Naxçıvan”: oynamaq istəyənlərin və istəməyənlərin siyahısı!
  • Bu gün, 14:20
    Güləş millimiz mübarizəyə qoşulur - AÇ
  • Bu gün, 13:59
    Renatın komandası xal itirdi
  • Bu gün, 13:28
    Türkiyəli məşqçi dünyasını dəyişdi
  • Bu gün, 12:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:26
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:55
    Onun yolu haradı?
  • Bu gün, 11:34
    “Neftçi”nin avrokubok şansları böyükdü” - Fərid Namazov
  • Bu gün, 11:13
    Ölkə kubokunun yarımfinal oyunlarının vaxtı dəyişə bilər! – “Qarabağ”la “Sabah” gözləyir
  • Bu gün, 10:52
    Kənan Yıldız coşdu, ''Yuve'' darmadağın etdi
  • Bu gün, 10:31
    Dünya çempionunun aqibəti necə olacaq?
  • Bu gün, 10:00
    Qomesin rekorduna şərik çıxdı
  • Dünən, 23:56
    "Neftçi"də yeni təyinat
  • Dünən, 23:30
    İngiltərə futbolunun tarixinə düşdülər
  • Dünən, 23:13
    Onlar artıq “Arsenal”a lazım deyillər
  • Dünən, 22:19
    “Narazı qaldığım məqamlar da oldu, özlərinə dedim” – Qurban Qurbanov
  • Dünən, 22:06
    Messinin ABŞ-da illik qazancı bəlli oldu
  • Dünən, 21:41
    “Oyunçular cərimələnəcək, bu qərarı klub prezidenti verir” – Andrey Demçenko
  • Dünən, 20:53
    Zaur Axundov “Bəhramov”da – ev dustağı olduğu deyilirdi
  • Dünən, 20:22
    “İmişli” Qubadakı stadionda gördüyü işləri açıqladı – premyer-liqa klubları zülmdən xilas olacaq?
  • Dünən, 19:51
    “Red Bull” qələbə uğrunda mübarizə aparmayacaq”
  • Dünən, 19:20
    “Dinamo” darmadağın etdi, “Şaxtyor” lider oldu - İCMAL
  • Dünən, 18:59
    ''Qalatasaray'' - ''Liverpul'' oyununun hakimi açıqlandı
  • Dünən, 18:28
    "Qarabağ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 17:57
    “Fənərbaxça” liderdi, “Efes” autsayder
  • Dünən, 17:26
    Dürant da 32 min xal həddinə çatdı
  • Dünən, 16:55
    Tovuzlular bakılıları susdura biləcək? – mindən çox qonaq azarkeş gəlir
Daha çox
Oxunub: 414
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 336
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 292
“Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
Oxunub: 207
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Oxunub: 143
“Klubdan həm də buna görə ayrıldım” – “Şəfa”nın sabiq prezidenti bilinməyən məqamları “Futbol+”ə dedi!
Oxunub: 142
Böyüklərin davası başladı - KÖŞƏ
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə