Qazaxıstanı tərk etdi

31.01.2026 11:51 24
Dünya futbolu
“Kayrat” aparıcı futbolçularından biri ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, Qazaxıstan klubu Valeri Qromıko ilə müqavilə müddəti başa çatdığı üçün belaruslu yarımmüdafiəçi ilə yolları ayırıb. 29 yaşlı futbolçu 2024-cü ilin yayında “Kaysar”dan “Kayrat”a keçib və qısa müddətdə komandanın aparıcı oyunçularından birinə çevrilib.

Belaruslu yarımmüdafiəçi “Kayrat”la Çempionlar Liqasının liqa mərhələsində çıxış edib. O, Almatı klubunun heyətində keçirdiyi bir il ərzində meydana çıxdığı 57 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. Qromıko karyerası ərzində Belarusda “Minsk”, “Şaxtyor”, BATE, Rusiyada isə “Arsenal” və “Torpedo” klublarının formasını geyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul