Gözlənilən keçid rəsmiləşdi

30.01.2026 22:07 16
Dünya futbolu
Bir neçə gün əvvəl Timo Verner ilə bağlı yayılan xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Leyptsiq”dən ayrılan futbolçu “San Xose Erksveyks”ə keçib. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Almaniyalı futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

“San Xose Erksveyks”yə azad agent kimi transfer olunan 29 yaşlı hücumçu klubda “11” nömrəli formanı geyəcək.

“Ştutqart”ın yetirməsi olan Timo karyerası ərzində “Çelsi” və “Tottenhem”də də çıxış edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul