18 fevral, saat 21.45 - “Qarabağ”la “Nyukasl” arasındakı oyunların vaxtı bilindi

30.01.2026 19:58 460
Aktual / Avrokuboklar
Çempionlar Liqasının 1/16 finalında qarşılaşacaq “Qarabağ” ilə “Nyukasl”ın hər iki oyununun günü və başlama saatı bəllidi.

“Football-plus.az” xəbər verir ki, fevralın 18-də Bakıda keçiriləcək ilk oyun saat 21.45.-də başlayacaq.

Cavab görüşü isə ilk oyundan fərqli çərşənbə axşamı keçiriləcək. Komandalar İngiltərədə fevralın 24-dən 25-nə keçən gecə, saat 00.00-da meydana çıxacaq.