• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“O ana qədər karyeramda yalnız bir titul çatışmırdı” - Kafu “Roma” və “Milan”ın hədəflərindən danışdı

Dünya futbolu / Müsahibə

30-01-2026, 11:0

Bir qədər stajlı fanatlar İtaliyada və ümumiyyətlə, futbol tarixində mühüm iz buraxmış braziliyalı Kafunu gözəl xatırlayır. Bir çoxları onu hətta tarixin ən yaxşı sağ cinah müdafiəçisi adlandırır.

"Football-plus.az" xəbər verir ki, A seriyasının 22-ci turunun “Roma” – “Milan” matçından öncə italiyalı həmkarlarımız Kafudan müsahibə götürüb. Bu da təsadüfi deyil. Tam adı Markos Evangelista de Moraiş olan və hazırda 55 yaşı olan “sambaçı” 6 il (1997-2003) “Roma”da və 5 il (2003-08) “Milan”da çıxış edib. Kafunun “Qazetta dello Sport”a verdiyi müsahibə ilə tanış olaq.

- “Roma” ilə “Milan”ın duelini skudetto uğrunda oyun adlandırmaq olarmı?
- Əlbəttə. Düzdü, “İnter” bu mövsüm güclüdü. Amma həm “canavarlar”, həm də “rossonyerlər” ən güclü dörd komanda sırasındadı və hər ikisi də qarşısına ciddi hədəflər qoymalıdı. Bura çempionluq da daxildi.

- “Roma”nın mövsümü uğurlu keçirməsində Qasperininin əməyi nə qədərdi?
- Çox böyükdü. Məhz onun sayəsində komanda mövsümə düzgün motivasiya ilə başladı. “Roma” həmişə daha çoxuna nail olmaq istəyir. Onların simasında bu mövsüm güclü və mümkün qədər irəli getməyə çalışan bir kollektiv görürəm. Fikrimcə, hədəfə çatacaqlar.

- Sizcə, skudetto uğrunda sona qədər mübarizə aparmağa qadirdilər?
- Niyə də olmasın? Fikrimcə, “Roma” son illərdə heç vaxt bu mövsümdəki qədər iddialı olmayıb. Artıq avrokuboklarda da oyunlar bərpa olunub. “Roma” AL-də birbaşa 1/8 finala yüksəlsə, “İnter” isə ÇL-də pley-offda oynamalı olsa, “neradzurra” tempi bir qədər azalda bilər.

- Malenin timsalında Qasperininin axtardığı forvardı tapdığını söyləmək olarmı?
- İlk oyunlarda pis təsir bağışlamır. Ancaq məncə, “Roma”nın aparıcı futbolçusu Dibaladı. Onun sayəsində komanda həm daha yaxşı oynayır, həm də işlər sadələşir. Paulo yaxşı formada olduqda ətrafındakı hər kəsə yardım edir.

- Bir qədər də Alleqrinin “Milan”ından danışaq. Bu mövsüm bu məşqçinin hansı işini xüsusi qeyd edə bilərsiz?
- Alleqri hər futbolçu üçün meydanda ideal mövqe tapmağı bacarır. Eləcə də oyunçuların özünəinamını artırır. Halbuki “Milan” üçün ötən mövsüm çox çətin keçmişdi. Ona görə də Alleqri ilə dərhal komandanın güclənəcəyini, iddialı olacağını gözləmirdim. Amma mövsümöncəsi hazırlıq dönəmindən sonra məşqçi işi hiss olunmağa başladı. Bu boyda təsadüf ola bilməz.

- Əzələ ilə bağlı zədələr yaşamasına baxmayaraq, Leao bu mövsüm A seriyasında artıq 7 qol vurub və bir çox matçda həlledici rol oynayıb.
- Mən heç vaxt Leaonun istedadına şübhə etməmişəm. Həmişə onun mükəmməl futbolçu olduğunu düşünmüşəm. Düzdü, ötən mövsüm onun üçün enişli-yoxuşlu keçdi. Amma Leao kimi bir futbolçunun artıq özünü sübut etməsinə ehtiyac yoxdu. Yaxşı ki, yay transfer dönəmində komandanı tərk etmədi.

- Ondan fərqli Teo Ernandes “Əl-Hilal”a satıldı. Onun ayrılmasına üzülməliyikmi?
- Özüm də cinah müdafiəçisi olduğum üçün deməliyəm ki, güclü bir cinah müdafiəçisinin “Milan”dan ayrılması istər-istəməz üzüntü yaradır. Kim bilir, Alleqrinin başçılığı altında Ernandes nələrə nail ola bilərdi? Ancaq əvəzində sol cinahda Bartezaqi üçün gözəl fürsət yaranıb. Öz oyunu ilə yaxşı fiziki və texniki göstəricilərə, eləcə də güclü xarakterə malik olduğunu göstərir. Yəni böyük uğurlar qazanmaq üçün hər cür istedada sahibdi.

- Bəs “Milan”ın bu mövsüm üçün hədəfi nədi?
- Təbii ki, onlar da skudettonu qazanmağa iddialıdı. Zatən turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. Üstəlik avrokuboklarda da çıxış etmirlər. Həftəsonunun matçına rahat hazırlaşmaq çox böyük üstünlükdü. Həftəiçi oyuna çıxmayıb yalnız məşq etdikdə ayaqlar az yorulur və düşüncə tərzi daha sağlam qalır.

- Bu dediklərinizi nəzərə alsaq, “Milan”ı “Roma” ilə oyundan öncə favorit saymaq olarmı?
- Düzdü, “rossonyerlər”in oyuna hazırlaşmaq üçün daha çox vaxtı oldu. Amma “Roma”da da ruh yüksəkliyi hiss olunur. Çünki komandanın həm çempionatda, həm də avrokuboklarda işləri yaxşı gedir.

- Siz özünüz futbolçu kimi 3 gündən bir oynamağa alışmışdız...
- Sizi əmin edirəm ki, işlər yaxşı gedəndə, ümumiyyətlə, yorğunluğun nə olduğunu bilmirdim. Əslində mən hər zaman oynamağa can atırdım. Çünki biz həm skudetto, həm də ÇL uğrunda mübarizə aparırdıq. Bəzən düşüncə ayaqların durumundan daha vacibdi.

- “Roma” ilə bağı ən xoş xatirələriniz hansıdı?
- Sözsüz, qazandığımız çempionluq. Həmin tarixi uğur Totti, Batistuta, Aldair, Samuel, Montella, Emerson kimi mükəmməl komanda yoldaşlarım sayəsində əldə olunmuşdu.

- Həmin “Roma” indi çempion ola bilərdimi?
- 100 faiz.

- Bəs “Milan”la bağlı ən xoş xatirələriniz hansıdı?
- Afinada ÇL titulunu başımın üzərinə qaldırmaq mənim üçün xüsusi və çox emosional bir an idi. Bu, həm də bizim üçün İstanbulda “Liverpul”a məğlubiyyətin qisası idi. O ana qədər karyeramda yalnız bir titul çatışmırdı və sonda onu da qazanmağa müvəffəq oldum.

- Həmin “Milan” bu gün ÇL-i qazana bilərdimi?
- Ən azı həmin o komandanın ÇL-i qazanmaq üçün əla şansları olardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-11-2024, 14:0

“Roma” üçün daha bir variant

Dünya futbolu

9-06-2025, 14:0

A seriyasında yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

17-04-2024, 11:0

“Milan” AL-də mübarizəni dayandırsa...

Dünya futbolu

14-12-2025, 23:0

Modriçdən ''Milan''la bağlı etiraflar

Dünya futbolu

17-11-2022, 11:0

Mourinyo “2” aldı

Dünya futbolu

2-07-2022, 10:0

"Milan" onu birdəfəlik transfer etdi

Aktual
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
“Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
“Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
“Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Son xəbərlər
  • Bu gün, 23:26
    “Qalatasaray” “Fənər”i darmadağın etdi – xal fərqi 7-yə çatdı
  • Bu gün, 23:18
    Komandası 5:6 uduzdu, amma o tarixə düşdü
  • Bu gün, 22:55
    “AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
  • Bu gün, 22:03
    QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
  • Bu gün, 21:59
    “Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm” – Vitali Vernidub
  • Bu gün, 21:28
    “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur” – Qurban Qurbanov
  • Bu gün, 20:54
    "Kəpəz" uduzdu, "Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 20:26
    Boksçumuz qızıl medal qazandı - Dünya Kuboku
  • Bu gün, 20:00
    "Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq" - Azər Bağırov
  • Bu gün, 19:24
    "Abşeron Lions" "Neftçi"ni məğlub etdi, finala yüksəldi
  • Bu gün, 18:53
    "Bəzən futbolu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
  • Bu gün, 18:23
    Oyun zamanı səsi batdı
  • Bu gün, 17:56
    "Neftçi" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 17:43
    Premyer-liqada yeni rekord
  • Bu gün, 16:49
    Kapitan komandanı tərk edəcək
  • Bu gün, 16:00
    Mbappe meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 15:30
    Yayda vətəninə qayıda bilər
  • Bu gün, 15:00
    "Şamaxı" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 14:18
    Çempionlar Liqasının qalibi müəyyənləşdi
  • Bu gün, 13:47
    “Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
  • Bu gün, 13:16
    “Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
  • Bu gün, 12:57
    Millimizin baş məşqçisi Avropanın ən yaxşısı seçildi
  • Bu gün, 12:28
    “Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
  • Bu gün, 11:23
    Güləşçimiz Avropa çempionu oldu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:31
    Vüsalın komandası səfərdə uduzdu
  • Bu gün, 10:02
    Onun yolu İtaliyayadı?
  • Bu gün, 09:42
    “Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
  • Bu gün, 00:00
    DÇ-2026-da İranın yerinə İtaliya çıxış edəcək?
  • Dünən, 23:26
    ''Fənərbaxça''nın oyununda hakimin kobud səhvi sübuta yetirildi
  • Dünən, 22:58
    Gözlənilən ayrılıq rəsmiləşdi
  • Dünən, 22:27
    ''Böyük beşliy''in ilk qadın məşqçisi məğlubiyyətləri sıralayır
  • Dünən, 22:10
    Vernidub, Kara-Mustafa və Almeyda derbini buraxacaq
  • Dünən, 21:58
    “Milan”la oyunu buraxa bilər
  • Dünən, 21:27
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 188
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 179
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 167
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Oxunub: 142
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə