La Liqada yubiley qolunu vurdu

19.01.2026 17:51 6
Dünya futbolu
Kilian Mbappe İspaniya çempionatında məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “Real”ın fransalı hücumçusu “Levante” ilə matçda çempionatdakı qol sayını 50-yə çatdırıb. İkinci hissədə penaltini dəqiq yerinə yetirən forvard bu rəqəmə 53 matçda çatıb.

“Opta”nın məlumatına görə, 21-ci əsrdə La Liqada 50 qol həddinə Mbappedən daha tez çatan yeganə futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu bu göstəriciyə 51 matçda nail olub.