"Araz-Naxçıvan" 1-ci liqa komandasına qarşı

18.01.2026 10:52 7
Ölkə futbolu
Təlim-məşq toplanışını Bakıda davam etdirən "Araz-Naxçıvan" bu gün yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Andrey Demçenkonun komandası 1-ci liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyun saat 13.00-da başlaycaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, 2-ci görüşdə "Qəbələ"yə uduzub - 0:1.