Təlim-məşq toplanışını Bakıda davam etdirən “Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda yanvarın 18-də 1-ci liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyun saat 13.00-da başlayacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, 2-ci görüşdə "Qəbələ"yə uduzub - 0:1.