Kobi Maynu “Mançester Yunayted”dən ayrılmağı düşünür.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı ingiltərəli futbolçu baş məşqçi Ruben Amorimin rəhbərliyi altında komandada karyerasının perspektivli olacağına inanmır. Gənc futbolçu ötən yay daha çox oyun praktikası qazanmaq üçün icarəyə getmək istəsə də, klub rəhbərliyi bu istəyə razılıq verməyib. Lakin Kobinin narahatlığı özünü doğruldub. O, cari mövsümdə premyer-liqada hələ ki start heyətində meydana çıxmayıb.
Bu səbəbdən Mayno artıq icarə variantını nəzərdən keçirmir və MY ilə yollarını ayırmaq qərarına gəlib.