"Nəriman Axundzadə oyuna məqsədli şəkildə buraxılıb. Qurban Qurbanov bunun səbəbini açıqlamalıdı" - baş məşqçiyə şok ittiham

11.12.2025 13:10 81
Avrokuboklar / Aktual
Məşhur meyxanaçı Rüfət Nasosnu (Kərimov) "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda "Ayaks"a uduzduğu matç haqda sərt tənqidlər səsləndirib.

"Football-plus.az"ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Meyxanaçı "köhlən atlar"ın Amsterdam təmsilçisinə qarşı oyununu ölkəyə xəyanət adlandırıb:
"Dünənki oyun azarkeşə, futbola və nəhayət, ölkəyə xəyanət idi. Nəriman Axundzadə oyuna məqsədli şəkildə buraxılıb. Qurban Qurbanov bunun səbəbini açıqlamalıdı. Siz oyundan sonra yüzminlik maşınlarınızla gedib milyonluq evinizdə dincəlirsiz. Biz tıxacda, yağış altında evin yolunu axtarırıq. Qurban Qurbanovu çox böyütdük ki, daha da böyüsün, o isə bizi incitdi".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul