• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” bu dəfə paytaxtda sürprizə imkan vermədi - İCMAL

Dünya futbolu

10-12-2025, 17:0

Bu həftə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, bir sıra maraqlı və sürpriz nəticələr qeydə alındı.

“Bavariya”, təbii ki, Berlin səfərində meydana əsas heyətlə çıxmışdı. Çünki bu mövsüm bütün turnirlərdə Münhen nəhəngindən xal almağı bacaran ilk komanda noyabrın 8-də məhz “Union” olmuşdu (2:2). Bu oyun da məhsuldar alındı. “Union”lu futbolçular 4 qol vursalar da, yekunda məğlubiyyətlə barışmalı oldular. Çünki bunların ikisində avtoqol qeydə alındı! Avstriyalı Kverfeldin penaltilərdən vurduğu qollar komandası üçün kifayət etmədi. Maraqlıdı ki, Noyer peşəkar karyerasında 906-cı rəsmi oyunda ilk dəfə bir matçda bir futbolçudan iki penalti qolu buraxdı! Son iki ildən fərqli “Bavariya” bu dəfə 1/4 finala yüksəlməyi bacardı.

Mərhələnin mərkəzi oyunu Dortmundda keçirildi. Kubokun son qalibi statusunda olan “Bayer-04” mübarizəni davam etdirmək üçün məhz Dortmundu fəth etməliydi. Özü də bu komandalar ötən həftəsonu bundesliqa çərçivəsində Leverkuzendə qarşılaşmış və “Borussiya” 2:1 üstün olmuşdu. Amma bu dəfə “arılar” “sarı divar”ın gözü önündə ümidləri doğrulda bilmədilər. Əlcəzairli Mazanın ilk yarıda vurduğu qol oyunda yeganə oldu. Niko Kovaç 2-ci hissədə Girassi başda olmaqla bütün əsas futbolçuları döyüşə atsa da, vəziyyəti düzəltmək mümkün olmadı. Ötən həftəiçi ÇL-də çətin Mançester səfərindən “quru” qələbə ilə dönən “Bayer-04” bu dəfə Dortmundda qol buraxmadan qalib gəldi. Maraqlıdı ki, ötən mövsüm “aspirinlər” məhz bu mərhələdə Münhendə “Bavariya”nı da minimal hesabla yenmişdilər.

Digər oyunlara gəlincə, “Ştutqart” Bohum səfərində rahat qələbə qazandı. Meydan sahiblərindən Ştrompf həm erkən avtoqolla, həm də ilk yarının sonlarında qırmızı vərəqə almaqla komandasına qənim kəsildi. Yekun nəticəni müəyyənləşdirən Dəniz Undav ardıcıl 6-cı rəsmi oyunda ən azı 1 qolun vurulmasında yaxından iştirak etdi. Bu müddətdə onun hesabında 8 qol, 2 məhsuldar ötürmə var. “Frayburq” və “Leyptsiq” də aşağı liqa təmsilçiləri ilə ev matçlarında asan qələbə qazandılar. Bundesliqada son həftələrdə yüksəlişdə olan Münhenqladbax “Borussiya”sı gözlənilmədən evdə “Sankt Pauli” səddini aşa bilmədi. Elita klubunun 2-ci bundesliqa təmsilçisi ilə bacara bilmədiyi yeganə oyun Hamburqda keçirildi. “Holştayn” əlavə vaxtda hesabda geri düşsə də, özündə güc taparaq həm bərabərlik qolunu vurdu, həm də penalti seriyasında qalib gələrək “Hamburq”u mübarizədən kənarlaşdırdı.

Mərhələnin ən sürpriz nəticəsi Berlində qeydə alındı. Əslində “Herta”nın “Kayzerslautern”i yenməsinin özü sürpriz deyil. Amma 6:1-lik qələbəni az adam proqnozlaşdırardı. 2024-də bu turnirdə finala qədərə irəliləmiş Mahir Emrelinin komandası bu dəfə fanatlarına əsl şok yaşatdı. Xatırladaq ki, Mahir zədə üzündən ilin sonuna qədər oynamayacaq.

1/8 final
Union – Bavariya 2:3

Kverfeld, 40-p.; 58-p. – Ansa, 12-öz qapısına. Keyn, 24. Leyte, 45+4-öz qapısına.
Bavariya: Noyer, Stanişiç, Upamekano, Ta, Laymer (İto, 86), Kimmix, Pavloviç (Qoretska, 49), Olise (Kim Min Ce, 86), Karl (Qnabri, 73), Dias, Keyn.
Borussiya D – Bayer-04 0:1
Maza, 34.
Borussiya: Kobel, Ryuyerson (Girassi, 67), Anton, Əmrə Can, Şlotterbek, Svensson (Bensebayni, 86), Bellingem, Nmeça (Qross, 74), Adeyemi, Çukvuemeka (Bayer, 67), Fabio Silva (Brandt, 67).
Bayer-04: Flekken, Kuansa, Andrix, Tapsoba, A.Qarsiya, Maza, Hofmann (Bade, 90+3), Poku (Tella, 83), Qrimaldo, Terrye (Tillman, 61), Kofane (Şik, 61).

Bohum (D-2) – Ştutqart 0:2
Ştrompf, 12-öz qapısına. Dəniz Undav, 47.
Ştutqart: Bredlou, Assinyon, Yeltş (Sterqiu, 89), Şabo, Hendriks (Narti, 61), Mittelştadt, Karazor, Ştiller (Andres, 76), Əl-Xannus (Fürix, 61), Levelinq (Buanani, 76), Dəniz Undav.

Leyptsiq – Maqdeburq (D-2) 3:1
Nusa, 19. Baumqartner, 29; 54 – Qnaka, 11-p.
Leyptsiq: Vandervoordt, Klostermann (Nedelkoviç, 46), Lukeba, Orban, Raum, Zayvald, Baumqartner (Maksimoviç, 88), Banzuzi (Şlager, 46), Diomande (Qomis, 66), Nusa (Finkqrafe, 82), Harder.

Frayburq – Darmştadt (D-2) 2:0
Qrifo, 42-p. Holer, 69.

Borussiya M – Sankt Pauli 1:2
Tabakoviç, 56 – Kaars, 43. Oppi, 83.

Hamburq – Holştayn (D-2) 1:1, p. - 2:4
Yatta, 107 – Harres, 118.

Herta (D-2) – Kayzerslautern (D-2) 6:1
Şuler, 5; 60. Vinkler, 20. Ayhkorn, 31. Kovnatski, 75. Krattenmaxer, 80 – Ritter, 45+2.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-12-2025, 10:0

“Bavariya” bu dəfə paytaxtda sürprizə imkan vermədi - İCMAL

Dünya futbolu

29-01-2024, 22:0

“Bavariya” bu dəfə sürprizə imkan vermədi

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

13-12-2024, 19:0

“Bavariya”nın kubok macərası yenə erkən bitdi - ŞƏRH

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

4-11-2024, 14:0

İddialılardan yalnız “Borussiya” büdrədi - İCMAL

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə