“Məşq etsəydik, “Quba”ya da belə uduzmazdıq” - Cavid İmamverdiyev

4.12.2025 12:48 29
Ölkə futbolu / Aktual
Mövsümə ciddi iddia ilə başlayan “Şəki” noyabrdan bəri ağır maliyyə problemi yaşayır. Yayda “Quba”dan bu kluba keçən Cavid İmamverdiyev son turda keçmiş komandasına bir qol vursa da, 1:4 hesabı ilə uduzdular.

“Halvaçılar”ın ən təcrübəli futbolçusu, kapitanı mövcud durumla bağlı “Football-plus.az”a açıqlama verdi:
“Futbolçular, məşqçilər maaş almır. Buna görə uşaqlarda motivasiya düşkünlüyü var. Üç həftədi məşq etmirik. Məşq etsəydik, “Quba”ya da belə uduzmazdıq. Məşqsiz çətindi. Komandada gənclər var. Mənim yaşım 35-di. İnanın ki, mənə daha çətindi. “Quba” bizi ancaq fiziki duruma görə üstələdi. Oyun planı baxımından bizdən heç bir üstünlükləri yox idi. Fürsətlərdən də istifadə edə bildilər. Burda vəziyyət düzəlsə, çox xoşbəxtəm. Həm də məşqçi istədiyim adamdı - dostumdu, qardaşımdı. Rəhbərlik dı yanımızda olsa, daha yaxşı komanda olacağıq. Buna ümid edirik”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul