Ərtəm Şənər Qurban Qurbanova jest etdi

28.11.2025 18:28 12
Ölkə futbolu
Türkiyənin tanınmış futbol şərhçisi Ərtəm Şənər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

"Football-plus.az" xəbər verir ki, Ertem Şener bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, mütəxəssisə Türkiyə milli komandasının formasını və top hədiyyə edib.

Qurban Qurbanov jestə görə türkiyəli şərhçiyə təşəkkür edib və Türkiyə yığmasına DÇ-2026-nın seçmə mərhələ oyunlarında uğurlar arzulayıb. Baş məşqçi hədiyyəni şəxsi otağında saxlayacağını bildirib.