"Qarabağ"a daha çox qol vurmalı idik" - "Napoli"nin futbolçusu

26.11.2025 10:29 10
Aktual / Avrokuboklar
"Napoli"nin futbolçusu Skott Maktominey Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Qarabağ"a qalib gəldikləri matç (2:0) haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan və görüşdə bir neçə təhlükəli vəziyyət yaradan 29 yaşlı yarımmüdafiəçi vacib 3 xal qazandıqlarını deyib:
"Oyuna yaxşı başlamamışdıq. İkinci hissədə daha yaxşı çıxış etdik. Lakin "Qarabağ"a daha çox qol vurmalı idik. Məqsədim komandama kömək etməkdi. Bizim üçün bu 3 xal çox vacib idi. lub olaraq çatmaq istədiyimiz arzularımız var".