"Komandama kömək edə bildiyim üçün çox sevincliyəm" - Musa Qurbanlı

20.08.2025 13:35 18
Ölkə futbolu
“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma istəmirəm ki, başqa şeylər düşünüm”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”a qalib gəldikləri görüş (3:1) haqda danışarkən deyib.

Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qol vurmaq üçün həmişə çalışır:
“İndiyə qədər də çox çalışmışam, sadəcə səbrli olmaq lazım idi. Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırı. Mənim üzərimə düşən sadəcə işləməkdi”.