Boksçularımız qələbə ilə başladı

24.11.2025 12:55 5
İdman
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, millimizin 2 idmançısı ilk gündə qələbə qazanıb.

Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.

Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.

Əli 1/8 final döyüşünə sabah, Nicat noyabrın 25-də çıxacaq.

Avropa çempionatın noyabrın 29-da yekun vurulacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul