“İnandırıcı olmasa da, şəxsən mən avrokuboklara düşə biləcəyimizə inanıram” - Mübariz Orucov

23.11.2025 20:34 49
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 12-ci turunda “Neftçi” evdə “İmişli”yə məğlub oldu - 2:3.

Oyunsonrası mətbuat konfransında “Neftçi”nin məşqçisi Orucov jurnalistlərin suallarını cavablayıb.

- Ötən mövsüm “Neftçi”də heyətin yetərsizliyi deyilirdi. Bu mövsüm də dəyişiklik yoxdu.
- Razıyam, ürəkaçan heç nə yoxdu. Amma oyunumuz yaxşıdı. Yeni futbolçular da var. Metyu, Abubakar… Bir-birinə uyğunlaşmaq lazımdı.

- “İmişli” də yeni komandadı axı…
- “İmişli”də istək daha çox olur. İstək hesabına qələbə qazandılar.

- İki qolu standart vəziyyətdən buraxdız.
- Komandaya göstərmişdik ki, autdan qol vururlar. Qorxduğumuz yerdən qol buraxdıq.

- Komanda kuboka daha çox köklənəcək?
- Biz “Neftçi” olaraq köklənmişik. Qısa yoldu. Amma bu o demək deyil ki, çempionatı boşa vermişik.

- Hədəf nədi?
- “Neftçi”nin hədəfi həmişə yüksək olur. İnandırıcı olmasa da, şəxsən mən avrokuboklara düşə biləcəyimizə inanıram.

MÜZƏFFƏR QULUZADƏ