“Çelsi” heyətinə daha bir istedadlı futbolçu cəlb edəcək.
"Football-plus.az" xəbər verir ki, London klubu qarşıdan gələn qış “transfer pəncərəsi” üçün ilk keçidini reallaşdırmaq yolunda addım atıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, paytaxt təmsilçisi “İndependyente del Valye”nin 16 yaşlı futbolçusu Deyner Ordonezinin transferi ilə bağlı razılığa gəlib. Tərəflər qışda müqavilə imzalayacaqlar. Lakin Deyner yeni komandasına 2028-ci ildə qoşulacaq.