 
Bizon ölkə kbokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” - “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.
"Football-plus az" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atan 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
“Qəbələ”nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadı.
Xatırladaq ki, qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.