 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. 
“Qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib – 1:0. Görüşdə yeganə qola Ramon Maçado imza atıb. Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” premyer-liqada 106, kubokda 23, 1-ci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.
Xatırladaq ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. 1-ci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.